Alman bankı ilk dəfə olaraq EURB-stabilcoin buraxdı

Avropanın ən qədim bankı olan Bankhaus von der Heydt (BVDH) Stellar blokçeyinində Euro-stablecoin bazara çıxardı. Yeni stabilcoin – EURB ənənəvi bank qurumu tərəfindən buraxılan və dəyəri avro ilə təmin edilən ilk rəqəmsal valyutadır. BVDH-ın açıqlamasına əsasən EURB digər banklara və institusional investorlara kriptovalyutadan istifadə etməyə və risklərdən qorxmamağa imkan verən tənzimləyici orqanların tələblərinə tam uyğundur.

EURB rəqəmsal aktivlərin saxlaması və tokenləşdirmə texnologiyaları üzrə ixtisaslaşmış Bitbond şirkəti ilə ortaq şəkildə yaradılmışdır. Bitbond platforması sayəsində bank EURB üzərində tam nəzarəti əlində saxlayır. İstifadəçi identifikasiyası və tənzimləmə tələbləri səbəbindən EURB hələ ki, kriptovalyuta birjalarında istifadə olunmayacaq.

Məlumat üçün qeyd edək ki, Almaniyanın “Bankhaus von der Heydt” bankı 1754-cü ildə yaradılıb və əsasən institusional müştərilərə yönəlmiş bank xidmətlərini təqdim edir. Bank tərəfindən Stellar və Bitbond platforması ilə əməkdaşlıq etmək seçimi təxminən bir il blockchain texnologiyasını öyrəndikdən sonra baş verib.

Müəllif: Elnur Quliyev

Leave a Reply