Vitalik Buterin: Kriptovalyuta almaq üçün kredit götürməyin

  Ethereum-un təsisçisi Vitalik Buterin öz “Twitter” hesabında istifadəçilərə ETH və ya digər kripto aktivləri almaq üçün kredit götürməməyi tövsiyyə edib. O, bu yazısına 2,55 bitcoin almaq üçün illik 7,9%-lə 46,250 dollar kredit almaq niyyətində olduğunu bildirən müəllifin gizli adının yazıldığı bir twitin ekran görüntüsünü də əlavə edib. Hesablamaya əsasən həmin istifadəçi 2026-cı ildə kredit üzrə 57,856 dollar qaytarmalı olacaq. Əgər 2026-cı ilin dekabrında bitcoin ən azı 22,669 dollar olarsa, istifadəçi xərclərini qarşılaya biləcək. Müəllif bu seçimin yaxşı bir həll yolu olub olmadığını kriptovalyuta cəmiyyətindən soruşdu. Sonradan məlum oldu ki, bu tweetin müəllifi “What Bitcoin Did” podkastinin aparıcısı Peter McCormack-dır. V.Buterin isə bu ssenarinin çox riskli olduğuna inandiğını qeyd edib. P.McCormack da Buterin ilə razılaşaraq heç vaxt kiməsə kriptovalyuta almaq üçün kredit götürməsini tövsiyə etməyəcəyini yazıb.

Leave a Reply