Robert Kiyosaki: Nə qədər ki, qiymət 20.000-dən aşağıdır bitcoin alın

Amerikalı iş adamı və investisiyalar haqqında kitabların müəllifi Robert Kiyosaki hesab edir ki, bitcoin 50.000 dollara yüksələcək və bu səbəbdən BTC almaq üçün hələ də yaxşı vaxtdır. R.Kiyosaki öz twitter hesabında bitcoin, gümüş və qızıla investisiya etməyi tövsiyyə edib. Onun fikirncə gümüşün qiyməti qlobal istiləşmə və iqtisadi bərabərsizlik problemlərinin həllinə yönəlmiş Green New Deal paketinin qəbulu fonunda yüksələcək.

Robert Kiyosaki: “Bitcoin aldığım üçün çox şadam. Növbəti dayanacaq – 50.000 dollar. İnstitusional investorların böyük pulları 2021-ci ildə bazara daxil olacaq olacaq, buna görə də nə qədər ki, qiymət 20.000-dən aşağıdır bitcoin alın. Əgər çatdırmasanız gümüş alın, “Green New Deal“-ın qəbulu ilə gümüş bahalaşacaq. Amerikanın problemləri var, bu səbəbdən qızıl, bitcoin və gümüşə investisiya edin”.

Leave a Reply