Elman Rüstəmov: Manatın devalvasiyası gözlənilmir

Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, pandemiyanın kəskin hissəsi arxada qalmağa doğru gedir və yaxın gələcəkdə manatın devalvasiyası gözlənilmir.

Elman Rüstəmov: “Ticarət tərəfdaşımız olan qonşu ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub. Azərbaycanda devalvasiyanın olacağı barədə səslənən fikirlərin heç bir əsası yoxdur”.

Leave a Reply