Binaryx – kriptovalyutalar ilə ticarət platforması

    Qlobal maliyyə bazarlarındakı dalğalanmalar fonunda getdikcə daha çox insan maliyyə vəsaitlərini qorumaq üçün rəqəmsal aktivlərin – kriptovalyutaların alınmasına üstünlük verirlər. Kriptovalyuta almaq istəyən istənilən şəxs kriptovalyuta birjası və ya hər hansı bir mübadilə servisi ilə ticarət etməyə məcburdur. Çünki kriptovalyutaların alqı-satqısı və nağdlaşdırılması yalnız birjalar, mübadilə servisləri və P2P platformaları vasitəsilə aparılır. Hazırda kriptovalyuta almaq üçün asan və etibarlı platformalardan biri Binaryx.com-dur. Binaryx 2019-cu ildə yaradılıb. Kiyev və Tallin şəhərlərində ofisləri yerləşir. Platformanın təsisçisi və CEO-su Oleg Kurchenko. Binaryx həm peşəkar, həm də qeyri-peşəkar treyderlərə kriptovalyutaların alışı və satışı üçün daha rahat və sürətli platforma təklif edir. Platforma hazırda 6 əsas kriptovalyuta – bitcoin, ethereum, ripple, tether, litecoin, bitcoin cash üzrə ticarəti dəstəkləyir. Bu aktivləri ABŞ dolları, avro, rubl və qrivnaya mübadilə etmək mümkündür. ChainLink, cardano, dash, neo kimi kriptovalyutaların ticarət platformasına inteqrasiyası üzərində iş aparılır.

Birjadan vəsaitlərin məxaric edilməsi forması yalnız kriptovalyuta ilə mümkündür. Platformada yalnız qeydiyyatdan keçdikdən sonra əməliyyatlar apara bilərsiniz:

  • Hesab üzrə balansın artırılamsı – link
  • Mübadilə-ticarət əməliyyatlarının aparılması – link
  • Vəsaitlərin hesabdan məxaric edilməsi – link

Hesab üzrə əməliyyatların aparılması limitləri bu link vasitəsi ilə tanış olmaq olar.

Binaryx platformasının təqdim etdiyi xidmət və məhsullar:

    Binaryx Wallet – birjanın elektron cüzdanı sizin kripto aktivlərinizin təhlükəsiz saxlanması və digər cüzdanlara münasib komissiya ilə köçürülməsini təmin edir.

     Binaryx Academy – kriptovalyutalar və ticarət strategiyaları barədə ətraflı biliklər əldə etmək üçün maraqlı bölmədir. Təlim materialları peşəkar treyderlər və platformanın tərəfdaşları tərəfindən hazırlanıb və ödənişsız olaraq təqdim edilib.

     White Label – Kriptovalyuta ticarəti ilə bağlı biznes fəaliyyəti planlayanlar üçün Binaryx ticarət terminalı, e-cüzdan və mübadilə servisi yaratmaq üçün White Label təqdim edir və 7/24 dəstək xidməti verir. Bununla əlaqədar olaraq Binaryx  komandası hüquqi məsələlər və lisenziyaların alınması üçün kömək edir.

Binarx platformasında yaxın zamanda ETF indeksləri, marjinal ticarət və fyuçerslər, APİ, biznesin tokenləşdirilməsi, sosial treydinq kimi xidmətləri təklif ediləcəkdir.

Binaryx sosial mediada: Facebook, İnstagram, Twitter, Linkedin, Teleqram

Leave a Reply