SkуBridge Capital 182 milyon dollarlıq bitcoin aldı

SkуBridge Capital investisiya şirkəti bitcoin-ə 182 milyon dollar investisiya edib. İnvestisiya portfeli 9,3 milyard dollar olan və Anthony Scaramucci tərəfindən idarə edilən şirkət öz bitcoin fondunu – “SkуBridge Bitcoin Fund LP” açmaq üçün ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına (SEC) müraciət edib.

Anthony Scaramucci: “Bitcoin rəqəmsal qızıldır. O, qızılın özündən daha yaxşı qızıl kimi çıxış edir. Siz bitcoin-i bir yığım vasitəsi kimi ya qəbul edirsiniz, ya da etmirsiniz. Biz araşdırma etdik və bunun nəticəsində qərar verdik. Bəli! Pul təklifini və mərkəzi bankların son hərəkətlərini nəzərə alsaq, bitcoin növbəti on il ərzində çox güclü bir aktiv sinifinə çevriləcək.”

Leave a Reply