Bank of America: Bitcoin bütün köpüklərin “Anası”-dır

“Bank of America”-ın baş investisiya strateqi Michael Hartnett son ayda bitcoinin qiymətində müşahidə olunan kəskin artımı növbəti spekuliyasiya adlandırıb. M.Hartnett-ə görə bitcoin bütün köpüklərin “Anası” kimi görünür. Bitcoin 2019-cu ilin əvvəlindən etibarən 1000% artım göstərib və bu göstərici son 10 ildə digər aktivlərin kəskin artmasından dəfələrlə yüksəkdir. Buraya 1970-ci ilin sonlarında qızılın qiymətinin 400% artmasını, 1980-cı ildə yapon səhmlərinin, 1990-cı ildə Tayland fond bazarının, 1990-cı illərdə dotkomların, 2000-ci illərdə mənzil qiymətlərinin artmasını nümunə göstərmək olar. O zaman bu sektorlar üzrə qiymətlər üçrəqəmli faiz artımı göstərdikdən sonra qısa müddətdə kəskin eniş göstərdi.

Leave a Reply