Biznes Planın yazılması və analizi – Distant Təlim

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzinin və “BİRGƏ” MMC-nin təşkilatçılığı, “Baker Tilly” şirkətinin dəstəyi ilə mikro, kiçik və orta sahibkarlar və biznesə başlamaq istəyənlər üçün 13-14 yanvar tarixlərində “Biznes planların hazırlanması və analizi“ mövzusunda ödənişsiz distant təlim keçiriləcək. Təlim gün ərzində 2 saat olmaqla 2 gün davam edəcək.

Təlimə biznes planın hazırlanması, bazar araşdırması, marketinq, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, nağd pul axını, maliyyə proqnozunun hazırlanması, maliyyə təşkilatlarından maliyyələşmə imkanları, biznesin hüquqi formaları və s. barədə ətraflı məlumat əldə edəcəklər. Bununla yanaşı, sahibkarlar mövcud bizneslərini inkişaf etdirmək və yeni biznes yaratmaq məqsədilə təlim çərçivəsində əldə etdikləri bilikləri biznes plan nümunələri üzərində praktiki tətbiq etmək imkanı yaradılacaq.

QEYD: Təlimdə iştirak etmək istəyənlər Xaçmaz KOB İnkişaf Mərkəzinə (+994 55 222-15-04 / Rauf Əliyev və ya xacmaz@kobim.az) və “BİRGƏ” MMC-yə (+994 50 235-41-76 / Elnur Quliyev və ya info@birge.az) müraciət edə bilərlər. Təlimə ZOOM proqramı vasitəsi ilə aşağıdakı linkdən və ya ID nömrə və paroldan istifadə edərək qoşula bilərsiniz:

Tarix: 13 yanvar 2020 Saat: 11:00 http://bit.ly/2UiWV0p

İD: 555 222 1504

Parol: 2221504

Tarix: 14 yanvar 2020 Saat: 11:00 http://bit.ly/2UiWV0p

İD: 555 222 1504

Parol: 2221504

Leave a Reply