Elon Musk: Bitcoin tərəfdarıyam

Dünyaca məşhur Tesla şirkətinin təsisçisi və icraçı direktoru Elon Musk bitcoin haqqında yenidən müsbət fikir bildirib. E.Musk Clubhouse çatında “Good Time with Elon Musk”-da müzakirə zamanı yaxın gələcəkdə bitcoin-in ənənəvi maliyyə bazarı iştirakçıları tərəfindən qəbul ediləcəyinə inandığını deyib.

Elon Musk: “2013-cü ildə dostlarımdan biri mənə ilk dəfə bitcoin haqqında danışanda gərək alardım. Mən “ziyafətə” gecikdim amma mən bitcoin tərəfdarıyam. Hesab edirəm ki, bitcoin həqiqətən ənənəvi maliyyə bazarının iştirakçıları tərəfindən geniş qəbul edilmə ərəfəsindədir. İndi bitcoin-in yaxşı bir şey olduğunu düşünürəm. Digər kriptovalyutalarla bağlı qəti fikrim yoxdur.”

Leave a Reply