Apple Mastercard ilə kripto ödənişlərə dəstək verdi

Apple Mastercard plastik kartları ilə kriptovalyutalar ilə ödənişlərə dəstək verdiyini elan etdi. Apple Pay vasitəsi ilə ödəniş əməliyyatları BitPay kripto-ödənişlər servisi tərəfindən həyata keçiriləcək. Yeni funksiya iPhone sahiblərinə mal və xidmətlər üçün BitPay cüzdanında kriptovalyutalar ilə ödəmə imkanı verəcəkdir. İlkin mərhələdə ödənişlər 2 kriptovalyuta – paxos standard (pax) və binance usd (busd) ilə mümkün olacaq. BitPay müştəriləri artıq Apple Wallet-ə MasterCard kartlarını əlavə edə bilərlər.

BitPay – rəqəmsal aktiv seqmentində fəaliyyət göstərən ən iri ödəniş servisidir. BitPay alıcılara və satıcılara kripto və fiat ödənişləri göndərməyə və qəbul etməyə imkan yaradır. BitPay öz müştərilərinə mastercard debet kartları təqdim edir. Bu debet kartlar Bitcoin, Bitcoin Cash, Ethereum və 4 stablecoin – USDC, GUSD, PAX və BUSD dəstəkləyir. BitPay-in verdiyi məlumata əsasən 2020-ci ildə hər ay 94.000-dən çox əməliyyat həyata keçirilirdi ki, bunların da 80%-dən çoxu bitcoin ödənişləri olub.

Leave a Reply