“Top 15” ən təhlükəsiz kriptovalyuta birjaları

Kriptovalyuta bazarında qiymətlərin artması tendensiyası müşahidə olunmaqdadır və hazırda treyderlər, həvəskar investorlar rəqəmsal aktivlərin rahat, əlverlişli komissiya və daha təhlükəsiz ticarəti üçün kriptovalyuta birjasını seçməkdə çətinlik çəkirlər. Kifayət qədər riskli sektor olduğundan kriptovalyutaların ticarəti və saxlanması üçün düzgün birjanın seçilməsi önəmli faktordur. CryptoCompare analitik portalı CipherTrace, Global Digital Finance və Flipside Crypto ilə partnyorluq çərçivəsində kriptovalyuta birjalarının reytinqini tərtib edib. Reytinq üzrə birjalar qiymətləndirilərkən 7 əsas kriteriya nəzərə alınıb:

  • KYC standartlarının tətbiqi – 15%
  • Hüquqi tənzimləmə – 15%
  • Məlumatların təhlükəsizliyi – 15%
  • Birjanın komandası – 15%
  • Sistem təhlükəsizliyi – 15%
  • Birjanın likvidliyi – 20%
  • Ticarət olunan aktivlərin müxtəlifliyi – 5%

Araşdırmada 100-dən çox kriptovalyuta birjasının məlumatları nəzərə alınıb və ən yüksək nəticəni ABŞ-ın Coinbase birjası əldə edib. Coinbase ümumilikdə 100 baldan 85.31 bal ilə bütün rəqiblərini üstələyib. Birjanın təhlükəsizlik sistemi 15 maksimum baldan 15-ni yığıb. Gemini birjası 82,87 bal ilə 2-ci, Bitstam isə 80.54 bal ilə 3-cü yerdə qərarlaşıb. Maraqlı faktor odur ki, dövriyyəsinə və ticarət olunan valyuta çütlüklərinin sayına görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance reytinqdə 13-ü yeri tutub.

  1. Coinbase – 85.31 bal / ABŞ
  2. Gemini – 82.87 bal / ABŞ
  3. Bitstamp – 80.54 / İngiltərə
  4. Kraken – 75.86 / ABŞ
  5. itBit – 75.6 / ABŞ
  6. Luno – 75.38 / Sinqapur
  7. Cex.io – 74.63 / İngiltərə
  8. Liquid – 73.76 / Yaponiya
  9. LMAX Digital – 73.11 / İngiltərə
  10. Bitfinex – 71.57 / Britaniya Virgin Adaları
  11. eToroX – 71.45 / Gibraltar
  12. bitFlayer – 71.27 / Yaponiya-ABŞ
  13. Binance – 70.25 / Malta
  14. Currency.com 69.83 / Belarus
  15. Bittrex – 69.82 / ABŞ

Müəllif:  Elnur Quliyev

Leave a Reply