Janet Yellen: Bitcoin yüksək spekulyativ xüsusiyyətə malikdir

ABŞ-ın Maliyyə Naziri Janet Yellen fevralın 22-si “DealBook DC Policy Project” çərçivəsində çıxışı zamanı ilk kriptovalyutanın yüksək spekulyativ xüsusiyyətinə görə əməliyyatlar üçün qeyri-effektiv olduğunu deyib. Maliyyə Nazirliyinin rəhbəri həmçinin mərkəzi bankın rəqəmsal valyutasının (CBDC) işə salınması ehtimalının nəzərdən keçirilməsinin zəruriliyini qeyd edib. Bu açıqlamadan sonra bitcoin gün ərzində 50.000 dollara qədər endi.

Janet Yellen: “Rəqəmsal valyutalar ödənişləri daha sürətli və daha ucuz edə bilər. Ancaq istehlakçıların qorunması və çirkli pulların yuyulması da daxil olmaqla araşdırılması lazım olan bir çox məsələlər var”.

Leave a Reply