“İnvestisiya layihələri və maliyyələşmə mexanizmləri”: online təlim

Yeni biznesə başlayan və öz bizneslərini genişləndirmək istəyən sahibkarlar üçün Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən “İnvestisiya layihələrinin hazırlanması və maliyyələşmə mexanizmləri” mövzusunda online təlim keçiriləcək. Təlimdə həmçinin biznes planın maliyyə hesabatlığı bölməsinin yazılması zamanı istifadə olunan əsas maliyyə əmsallarının hesablanması qaydaları izah ediləcək. Təlim üzrə alt mövzular:

  • Sahibkarlığın inkişafı istiqamətində mövcud olan dəstək və maliyyə mexanizmləri;
  • İnvestisiya layihələrinin hazırlanması zamanı diqqət edilməli əsas maliyyə əmsalları;
  • Diskont norması nədir (hesablanma qaydası);
  • İnvestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi: Pul axının diskontlaşdırılmış gəliri, xalis cari dəyər, investisiyanın özünü ödəmə müddəti və s.

12 mart tarixində keçiriləcək vebinarda iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qoşula bilərlər:

Qoşulma linki: https://bit.ly/2UiWV0p

İD: 555 222 15 04 KOD: 222 15 04

Saat: 15:00 – 17:00

Təlimdə iştirak ödənişsizdir!

Leave a Reply