Türkiyə kripto ödənişlərə qadağa qoydu

Aprelin 30-dan Türkiyə ərazisində bitcoin və digər rəqəmsal valyutalar ilə əmtəə və ya xidmətlər üzrə ödəniş əməliyyatları aparmaq qadağan edilir. Bununla bağlı, Türkiyə Mərkəzi Bankı aprelin 16-sı rəsmi məlumat dərc edib.

Son zamanlar Türkiyədə kriptovalyutalara marağın artmasının əsas səbəbi Türk lirəsinin ucuzlaşması ilə izah olunur. Ölkədə kriptovalyutaları fiat valyutalara mübadilə edən müxtəlif ödəniş sistemləri və rəqəmsal cüzdanlar fəaliyyət göstərir. Hətta ən iri kriptovalyuta birjası Binance Türkiyə bazarına daxil olandan yerli ödəmə təminatçısı Papara ilə əməkdaşlıq edir. Mərkəzi Bankın son qərarından sonra ödəniş sistemlərinə istənilən formada olan kriptovalyuta xidmətləri qadağan edilir.

Leave a Reply