Kuba kriptovalyutaları dövlət proqramına saldı

Kuba kriptovalyutaları növbəti beş il üçün hökumətin iqtisadi stimullaşdırma proqramına daxil edib. Bu, addım ABŞ-ın Kubaya qarşı sanksiyalarının mənfi təsirini azalda bilər. Kuba prezidenti Miguel Díaz-Canel Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə keçəndən sonra hökumət partiyanın kriptovalyutaları ölkənin iqtisadi və sosial siyasətinin inkişafı üçün 2026-cı ilə qədər həyata keçirilməli olan dövlət proqramına daxil etmək təklifini qəbul etdi.

Kuba kriptovalyutaların potensialını, onların ölkədə necə istifadə edilə biləcəyini araşdırmağa və eyni zamanda bu sənayenin inkişafı üçün şərait yaratmağa hazırdır. Kuba əhalisinin bitcoin-ə marağı ildən-ilə artır. Bu səbəbdən, Kubanın zəif internet infrastrukturuna baxmayaraq, hökumət yerli əhali üçün kriptovalyuta əldə etməyi sadələşdirmək niyyətindədir.

Hazırda bəzi ölkələr – Braziliya, İran, Çin, Venesuela, Bermud və Marşal Adaları da daxil olmaqla ABŞ-ın iqtisadiyyatlarına təsirini azaltmaq üçün kriptovalyutaları inteqrasiya etmək barədə araşdırmalar aparır. Lakin hər bir ölkə kriptovalyutaların tətbiqinə fərqli bir yanaşma göstərir.

Leave a Reply