“Partners and Business Baku 2022” sərgisi keçiriləcək

16-18 iyun tarixlərində “Baku Crystal Hall”-da “Partners and Business” Baku 2022 – yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) və Marsol MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”-ın tərəfdaşlığı ilə təşkil olunacaq sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.

200-ə yaxın şirkətin iştirakının nəzərdə tutulduğu sərginin missiyası Azərbaycan şirkətlərinin daha geniş auditoriyaya tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərgi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün: www.partners.az

Leave a Reply