İspaniyada kriptovalyuta asılılığından müalicə xidməti təklif edilir

İspaniyanın Mayorka adasında yerləşən “Balance Medical Center” elit reabilitasiya klinikası kriptovalyuta ticarətinə aludə olan insanlar üçün müalicə xidmətini təklif edib. Klinikada xəstələrə reabilitasiya proqramından asılı olaraq qiyməti 25.000-75.000 avro arasında dəyişən terapiya, masaj, yoqa və gəzintidən ibarət 4 həftəlik müalicə kursu nəzərdə tutulub. Klinikanın həkimlərinin fikrincə, kriptovalyutalardan asılılığın müalicəsi bir çox cəhətdən digər asılılıq formalarına (qumar oyunları, alkaqol və tütün aslılığı) qarşı mübarizəyə çox bənzəyir. Xəstəliyi aradan qaldırmaq üçün biopsikososial yanaşma istifadə olunur. Buraya xüsusi dərmanlar, terapevtlə fərdi seanslar, həmçinin qrup psixoterapiya seansları, əmək terapiyası, davranış terapiyası üsulları daxildir.

“The Balance” klinikası London və Sürixdə filialları olan İspaniyanın Mayorka adasında yerləşən İsveçrə sağlamlıq mərkəzləri şəbəkəsinə daxildir. Klinika uzun müddət alkoqol, narkotik və davranış asılılığının müalicəsi ilə məşğul olsa da, son vaxtlar kriptovalyuta ticarətinə aludəliklə mübarizə aparmağa yönəlmiş xidmətlər də təklif etməyə başlayıb. Reabilitasiya mərkəzinin ekspertləri hesab edir ki, kripto-treyderlərinin təxminən 1%-i kriptovalyuta ticarətinə “həddindən artıq aslı” olurlar. Məlumdur ki, bir çox treyderlər və investorlar həqiqətən depressiya, kəskin və xroniki nevroz, yuxusuzluq, həzm pozğunluğu və digər psixosomatik pozğunluqlar şəklində özünü göstərən psixi pozğunluqlardan əziyyət çəkirlər. Bu baxımdan kriptovalyutalarla işləyən treyderlər onlardan heç bir fərqi yoxdur. Yuxarıda göstərilən pozuntular xüsusilə təcrübəsiz treyderlərdə və investorlarda özünü göstərir. Əvvəlcə kriptovalyuta bazarında ticarətin bütün nüanslarını başa düşə bilmirlər, mümkün qədər tez qazanc əldə etməyə çalışırlar. Həddindən artıq tələskənlik, rəqəmsal aktivlər bazarında strateji fəaliyyət planının olmaması onlarda narahatlıq pozğunluqlarına və depressiyaya səbəb olur.

Leave a Reply