VII Beynəlxalq Bankçılıq Forumu

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində 1-2 noyabr 2023-ci il tarixində ənənəvi VII Beynəlxalq Bankçılıq Forumu keçiriləcək. İki gün davam edəcək Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Forum “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” devizi ilə keçiriləcək.

Forumda “POST-COVİD dövründə bankçılıq: çağırışlar və imkanlar”, “Açıq bankçılıq: gələcək daha əlaqəlidir”, “Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru”, “Rəqəmsal aktivlər: bizi nə gözləyir”, “Müxbir münasibətlər”, “Kibertəhlükəsizlik trendləri” adlı yeddi panel ətrafında müzakirələr aparılacaq, 50-dən çox spikerin çıxış edəcəyi panellərə 1000-dən çox iştirakçının dinləyici kimi qoşulması nəzərdə tutulmuşdur. Tədbir haqqında (məruzəçilər, tədbirin gündəliyi) əlavə məlumat: www.gbmevents.az

Leave a Reply