AzTV: Kriptovalyuta bazarında ucuzlaşmanın əsas səbəbləri

Azərbaycanın milli televiziya kanalı AzTV-də kriptovalyuta bazarında qiymətlərin kəskin düşməsi müzakirə mövzusu olub. Elnarə Həsənovanın təqdimatında “İqtisadiyyat xəbərləri” proqramında UNEC Biznes Məktəbinin müəllimi və rəqəmsal valyutalar üzrə ekspert Elnur Quliyev qonaq qismində iştirak edib. Çıxışı zamanı ekspert kriptovalyuta bazarında rəqəmsal aktivlərin dəyər itirməsinin qlobal makroiqtisadi amillərlə əlaqəsini, investorların riskdən yayınma davranışını və qiymətli metalların bahalaşmasının bitcoin-in qiymətinə təsir imkanlarını şərh edib.

Leave a Reply