Bitcoinin qiyməti qalxmazdan əvvəl 50% enə bilər

 bots_1024x679“Panthera Capital”-ın CEO-su Dan Morehed “CNBC”-yə verdiyi müsahibədə Bitcoin-in yüksəlişə keçmədən əvvəl 50 faiz dəyər itirə biləcəyini söyləyib.

Dan Morehed “Bitcoin gələn həftə 1 ay əvvəlki qiymətinə – yəni, indikinin yarısına düşə bilər. Ancaq bir il ərzində dəyəri indikindən daha yüksək olacaq”, – deyə bildirib.

“Panthera Capital”-ın CEO-su  kriptosektorun inkişafda olduğunu və böyüməyə davam edəcəyinə olan inamını əks etdirir. Morehed “Bitcoin, Ethereum və Ripple kimi böyük blockchain-lər üçün çoxşaxəli bir mərhələnin ilk pilləsindəyik və bəzi qalxmalar, enmələr olacaq”, – deyə fikir səsləndirib.

Leave a Reply