FİN kod nədir?

    FİN – şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir (əvvəllər PİN adlanırdı). Fərdi identifikasiya nömrəsi – şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur. Şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kod vəsiqənin fotoşəkil olan üzündə yerləşir. Vəsiqənin nömrəsi 8 rəqəmdən, FİN kod isə 7 simvoldan (“İ” və “O” hərfləri istisna olmaqla ingilis əlifbasının hərfləri və rəqəmlərdən) ibarətdir. Vəsiqənin FİN-kodu axırıncı sətirdə göstərilən son səkkiz simvolun ilk yeddisi təşkil edir.

   Nümunə: Şəxsiyyət vəsiqəsində qırmızı çərçivəyə alınmış 7 simvol (“94FMDDD”) FİN-koddur, sonuncu simvol – “4” rəqəmi isə nəzərə alınmır.

vesiqe

VÖEN nədir?

Elektron İmza nədir?

Asan İmza nədir?

IBAN nədir?

Azərbaycanda kriptovalyuta üzrə təlim

Leave a Reply