Bitcoin-in dominantlıq indeksi 50%-i keçdi

     Avgustun 12-i kriptovalyuta bazarında bitkoinin dominantlıq indeksi 50.8% oldu. Bu 2017-ci ilin dekabr ayından indiyə qədər ən yüksək göstəricidir. 10.08.2018 tarixində saat 16:00-da bitkoinin qiyməti 6500 dollar təşkil edirdi lakin artıq axşama bu qiymət 6.400-ə, sonra isə 6.000-ə qədər endi.

       İnstitusional İnvestor Magazine-in məlumatına görə “Wall Street”də ən yaxşı texniki analitiklərdən biri olan Renaissance Macro Research-in texniki analiz şöbəsinin rəhbəri Jeff de Graaf hesab edir ki, hazırda bitkoinin talehi həll olunur və bu il qiymət əsas dəstək səviyyəsindən aşağı düşərsə, o zaman  bitkoinin qiyməti aşağı istiqamətli hərəkətini davam etdirəcək və bərpa edə bilməyəcək. Tugush Blockchain Capital rəhbəri Timofey Fortunatov: “Yaxın gələcəkdə bitcoin 7.000 dollardan yuxarı qalxa bilməsə,  böyük ehtimal ki, uzun müddət 6500 dollar səviyyəsində ticarət ediləcək”.

     12.08.2018 tarixinə (saat 17.00) CoinMarketCap.com-a istinadən kriptovalyutalar üzrə kapitalizasiya 212.7 milyard dollar təşkil edir. Bitkoin 108.1 milyard dollar ilə ümumi bazar kapitalizasiyasının 50.8%-ni təşkil edir.

image

Leave a Reply