Davosda keçirilən Dünya İqtisadi Forumunda Qlobal Blockchain Şurasına yeni sədr seçildi. Yeni sədr blockchain şirkəti olan BitPesa-nin təsisçisi və prezidenti Elizabeth Rossiello oldu. E.Rossiello Davos formu çərçivəsində Şuranın 30 üzvü və kripto sektorun nümayəndələri ilə görüşlər keçirib və təşkilatın gələcək fəaliyyətini müzakirə edib.
Qlobal Blockchain Şurası 2017-ci ildə yaradılan qeyri-kommersiya təşkilatıdır. Şuranın üzvləri bir sıra ölkələrin nazirləri, maliyyə tənzimləyicilərinin rəhbərləri, yeni maliyyə texnologiyaları və ya innovativ ideyaların tətbiqi ilə əlaqəli olan şirkətlərin rəhbərləri və nümayəndələrindən ibarətdir.