Məşhur bitcoin-cüzdan blockchain.com ödəniş prosessoru BitPay ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Bununla da blockchain.com istifadəçiləri BitPay-in partnyor mağazalar şəbəkəsindən xüsusi açarlara nəzarəti itirmədən geniş çeşidli mal və xidmətlərə bitcoin xərcləmək imkanına sahib olacaq. BitPay ilə inteqrasiya nəticəsində blockchain.com istifadəçiləri sadəcə fakturanı skan edərək birbaşa cüzdandan ödəniş edə biləcəklər.
BitPay – ən böyük kriptovalyuta ödəmə operatorlarından biridir və artıq öz ödəmə sisteminə çoxlu sayda onlayn mağaza inteqrasiya etmişdir. BitPay 2011-ci ildə ödəniş vasitəsi kimi bitcoin qəbul etmək istəyən şirkətlərə mobil nəzarət xidmətləri təmin etmək üçün Tony Gallippi və Stiven Peir tərəfindən yaradılıb. Mərkəzi ofisi Atlanta (ABŞ) şəhərində yerləşir. 2016-cı ilin may ayında BitPay bitcoin istifadəçiləri üçün ABŞ-ın bütün ştatlarını əhatə edən Visa Prepaid BitPay debt kartını buraxdı. 2018-ci ilin iyul ayında isə Nyu-York ştatının Maliyyə Xidmətləri Departamentindən (NYDFS) virtual pul köçürmələri üçün lisenziya (BitLicense) alıb.
Elnur Quliyev