MasterCard kriptovalyutalara “yaşıl işıq” verdi

Dünyanın ən iri ödəniş sistemi operatorlarından biri olan MasterCard 2021-ci ildə kriptovalyutalar ilə ödənişləri təmin etməyi planlaşdırır. Bu barədə şirkətin rəsmi saytında qeyd edilib. Yeni təşəbbüs MasterCard-ın müştərilərinə əməliyyatlarda fiat valyutalar əvəzinə kriptovalyutadan istifadə etmək üçün əlavə bir seçim təqdim etməyi hədəfləyir. Mastercard ödəniş vasitəsi kimi ilkin olaraq daha təhlükəsiz və nisbətən daha etibarlı olduqları üçün stablecoinləri əlavə etmək niyyətindədir. MasterCard kripto aktivlərin sistemə əlavə etməzdən əvvəl 4 əsas meyarı nəzərdən keçirəcək:

  • istehlakçı məlumatlarının məxfiliyi və təhlükəsizliyi;
  • KYC tələblərinə ciddi riayət etmək;
  • istifadə bölgəsinin qanunlarına uyğunluq;
  • ödəmə vasitəsinə xas olan stabil məzənnənin olması.

MasterCard: “Bu bir seçimdir. MasterCard kriptovalyutalardan istifadə etməyi tövsiyə etmək üçün burada deyil. Ancaq biz müştərilərə, satıcılara və şirkətlərə rəqəmsal valyutaları – fiat və ya kriptoya istədikləri şəkildə hərəkət etdirmələrini təmin etmək üçün buradayıq. Bu sizin seçiminiz olmalıdır, bu sizin pulunuzdur.”

Leave a Reply