ABŞ-ın ən böyük banklarından biri olan Morgan Stanley öz müştərilərinə bitcoin fondlara investisiya etmək imkanı verdi. Bununla da, Morgan Stanley ABŞ-da bitcoin fondlara investisiya imkanı təqdim edən ilk böyük bank oldu. Bu barədə CNBC bankın müştərilərinin maliyyə məsləhətçilərinə martın 17-si göndərilən daxili bank sənədinə istinadən məlumat verib. Sənədə əsasən investorlar artıq aprel ayından 3 bitcoin fonda investisiya etmək imkanı əldə edəcəklər. Lakin bunun üçün korporativ investorlar bəzi tələblərə cavab verməlidirlər:
- bankın ən azı 6 ay müştərisi olmalıdır;
- 5 milyon dollarlıq aktivi olmaldır;
- investisiya portfelinin yalnız 2.5%-i bitcoin fondlara yatırıb edə bilərlər.
Bu, bitcoin-in bir investisiya aktivi sinfi olaraq tanınması üçün əhəmiyyətli bir addımdır.
Müəllif: Elnur Quliyev

