CoinMarketCap-ın son 24 saatlıq göstəricilərinə əsasən, bazar kapitallaşmasına görə ilk 100 kriptovalyuta (top 100) arasında ən çox bahalaşan 10 aktiv və ən çox ucuzlaşan aktivlər müqayisə edilib. Son 24 saatda ən yüksək artım Ethena kriptovalyutasında qeydə alınıb. Aktivin qiyməti 13,79% yüksəlib. Zcash 11,85%, Starknet 12,78%, Lighter isə 9.13% bahalaşaraq növbəti yerləri tutub. Ucuzlaşan aktivlər arasında Monero 2,76% geriləmə ilə ilk sıradadır. Raydium 2.61% və MemeCore 1,99%, isə ucuzlaşıb. Beləliklə, təqdim olunan göstəricilər bazarda artımın üstünlük təşkil etdiyini, lakin ayrı-ayrı aktivlərdə enişin də davam etdiyini göstərir.

Kriptovalyutaların 24 saatlıq qiymət dəyişiklikləri bazardakı qısamüddətli tendensiyaları izləmək üçün faydalıdır. Bununla belə, yüksək faizli artım gələcək gəlirliliyə zəmanət vermir. İnvestisiya qərarı verərkən ticarət həcmi, likvidlik və layihənin fundamental göstəriciləri də nəzərə alınmalıdır.
