Kirayə evlərin siyahısı, qiyməti və satılması qaydaları açıqlandı

    İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata əsasən Azərbaycanda satmaq öhdəliyi ilə mənzillərin kirayəyə verilməsi mexanizmi yaradılıb. Mexanizm çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.

    İlkin mərhələdə kirayəyə 331 mənzil veriləcək. Mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” m/s yaxınlığı), 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-i məhəllədə və 25-i Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir. Bakı şəhəri üzrə mənzillərin qiyməti hər kvadratmetr üçün 1.850 manat ətrafında dəyişir. Misal üçün, Xətai rayonu Gəncə prospektində sahəsi 96.7 kv/m olan mənzilin satış qiyməti 178.1000 manatdır. Deməli, mənzilin bir kv/m qiyməti 1.841 manata başa gəlir. Bu mənzili 25 illik (300 aylıq) müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7.128 manat təşkil edəcək. Mənzillər üzrə aylıq minimal ödəniş qiyməti Bakıda 411 manat, Xırdalanda 333 manat, Sumqayıtda isə 297 manatdan başlayır.

image

   Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək. Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN İmzanı isə “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək. Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə əldə etmək mümkündür.

   “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə alınması üçün müraciətə dair istifadəçilər üçün TƏLİMAT 

 

Kirayə mənzil seçimi başlayıb

Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri

Azərbaycanda kredit faizlərinin yüksək olmasının əsas səbəbləri

 

Leave a Reply