Azərbaycanda internetin sürəti – 10,81 Mbps

speedtest.net_

Ookla Speedtest Global təşkilatının 2017-ci ilin noyabr ayı üzrə internet sürətinə görə ölkələrin reytinqini hazırlayıb.

10,81 Mbps orta sürətlə Azərbaycan ilk 100-lükdə yer almayıb və 102-ci yerdə qərarlaşıb.

Ən sürətli genişzolaqlı internetə Sinqapur (153,85 Mbps), mobil internetin sürətinə isə Norveç (62,66 Mbps) malikdir. Gürcüstanda internetin sürəti 19,82 Mbps, Ukraynada 34,70 Mbps, Belarusda 27,26 Mbps təşkil edir.

İnkişaf etməkdə olan Avropa ölkələrindən Rumıniya 104,46 Mbps orta sürətlə 4-cü, Macarıstan 92,47 Mbps sürətlə 5-ci, Litva isə 75,94 Mbps sürətlə 11-ci yerdə qərarlaşıb.

Leave a Reply