Moskva Fond Birjasının rəhbəri Aleksandr Afanasyev hüquqi statusunun müəyyənləşdirilməməsinə baxmayaraq kriptovalyutanın funksiyalarını qızılın funksiyalarına bənzədiyini və kriptovalyutanı ödəniş vasitəsi kimi qiymətləndirməyi daha doğru olduğunu hesab etdiyini açıqladı.
Aleksandr Afanasyev: “Hələ heç kəs dəqiq bilmir ki, kriptovalyutanı necə adlandıraq: maliyyə aktivi, qiymətli kağız və ya intellektual mülkiyyət? Mənə daha çox elektron qızılı xatırladır. Bir neçə əsr əvvəl qızıl ödəniş vasitəsi kimi olaraq qəbul edildi – bu ictimai müqavilə idi. Hazırda bitkoin haqqında da artıq ictimai razılaşma var – baxmayaraq ki, bu razılaşmada iştirak edən insanların sayı hələ ki, elə də çox deyil”. Bundan əlavə Aleksandr Afanasyev qeyd edib ki, kriptovalyutanı qızıl kimi yalnız əmtəə və xidmət satışdan əldə etmək və ya miras kimi sahib olmaqdan əlavə həmçinin özünüz də internetdə mayninq etməklə əldə edə bilərsiz.
Xatırladaq ki, dekabrın 28-də Rusiya Federasiyasının Maliyyə Nazirliyi ictimai şurasında rəqəmsal aktivlərin tənzimlənməsi haqqında qanun layihəsi nəzərdən keçirilib.