İngiltərə Mərkəzi Bankı kriptovalyutaları öyrənən xüsusi araşdırma qrupu təşkil edib və 2018-ci ildə milli kriptovalyutanı təqdim edə bilər.
İngiltərənin Telegraph qəzetininin verdiyi məlumata əsasən İngiltərə Mərkəzi Bankı 2015-ci ilin fevral ayında pound əsaslı kriptovalyutanın təqdim edilməsi məsələsini araşdırmaq üçün xüsusi araşdırma qrupu təşkil edib. İşçi qrupu hazırda bitcoin kimi kriptovalyutalarda rəqəmsal tranzaksiyalar üçün istifadə olunan texnologiyaları araşdırır.