Xarici ölkələrdə səyahətdə olarkən nağd pul ilə yanaşı bank kartlarının istifadə də geniş yayılıb. Zaman keçdikcə dünya iqtisadiyyatları sürətlə rəqəmsallaşmağa doğru gedir və dövlətlər nağdsız ödənişlərə daha çox üstünlük verirlər. Hətta elə ölkələr var ki, orda nağd vəsaitlə hesablaşmalara məhdudiyyətlər qoyulur. Odur ki, ödənişlərin bank kartları ilə istifadəsi daha aktualdır.
Bank kartının istifadəsinin müsbət cəhədləri: nağd pulların daşımasına və gömrükdə deklarasiyaların doldurulmasına ehtiyac qalmır, əmtəə və ya xidmət üzrə ödənişləri daha rahat və təhlkəsiz edə bilirsiz, səyahət zaman xərclərinizi izləmək və nəzarət etmək imkanınız olur. Beləliklə, kart lazımdır lakin hansı kart seçilməlidir? Hazırda isə ən çox istifadə olunan MasterCard və VİSA kartlarıdır. Böyük əksəriyyət insanlarda bu kartlar olsa da onların bir-birindən nə ilə fərqləndiyini bilmirlər.
“Visa – Amerika ödəniş sistemidir, MasterCard isə Avropanın” ifadəsi heçdə tam olaraq düzgün deyil. Ödəniş sistemlərinin ikisi də beynəlxalq sistemlərinə çevriliblər. Ən azından bu ödəniş sistemlərinin adlarından bunu görmək olar: Visa International Service Association və MasterCard Worldwide.
Əsas məqam isə tamam başqadır:
Visa ödəniş sistemi üçün əsas valyuta ABŞ dollarıdır. Bu o dəməkdir ki, valyuta konvertasiyası ilə bağlı bütün əməliyyatlar dollardan keçəcək. MasterCard ödəniş sistemi üçün əsas valyuta həm ABŞ dolları həm də avro ola bilər. Bu çox vacib xüsusiyyətdir! Yəni əməliyyatlar həm dollardan həm də avrodan keçə bilər. Bəs bu iki kart arasında Azərbaycan istifadəçisi üçün hansı daha sərfəlidir?
Azərbaycanda fəaliyyət göstərən banklar tərədindən verilmiş kartların misalında bir neçə situasiyaya nəzər salaq:
Sizin hesabınız manatdadır. Siz Almaniyadasınız. Alış-veriş avroda aparılır.
Visa: AZN > USD > EUR
MasterCard: AZN > EUR
MasterCard daha sərfəlidir – cəmi bir konvertasiya
Hesabınız avrodadır. Siz Parisdəsiniz. Alış-veriş avroda aparılır.
Visa: EUR > USD > EUR
MasterCard: EUR
Aydın görsənir ki, MasterCard daha sərfəlidir – konvertasiya yoxdur. Visa kartı ilə isə ikiqat konvertasiya aparılır: bir konvertasiya ödəniş sistemi tərəfindən, ikinci isə bankınız tərəfindən.
Hesabınız dollardadır. Siz Amerikadasınız. Alış-veriş ABŞ dolları ilə aparılır.
Visa: USD
MasterCard: USD > EUR > USD
Visa-da konvertasiya yoxdur, MasterCard-da isə ikiqat konvertasiyaya görə siz pul itirəcəksiniz.
Hesabınız manatdadır. Siz İsveçdəsiniz. Alış-veriş İsveş kronası ilə aparılır (İsveş Avro zona daxil deyil).
Visa: AZN > USD > EUR > SEK və ya AZN > USD > SEK
MasterCard: AZN > EUR > SEK
MasterCard ilə ikiqat konvertasiya. Lakin, Visa kartı ilə konvertasiyaların sayı iki və ya hətta üç olar bilər! Avropada əməliyyatların əksəriyyəti avrodan keçir. Ona görə üçqat konverstaiyanın ehtimalı böyükdür.
Nəticə:
Avropada MasterCard-dan istifadə daha sərfəlidir.
ABŞ-da isə Visa.
Azərbaycanda isə heç bir fərqi yoxdur.
Plastik kartların mahiyyəti və növləri
Bank kartlarındakı nömrələrin mənası
super izah