Bitcoin-in “çirkli pulların yuyulması”-da rolu

bitcoin-hacker

    Kriptovalyutaların pioneri sayılan bitcoin 2009-cu ildə yaranmağına baxmayaraq geniş populyarlığı 2013-ci ildə dörd ay ərzində dəyərinin 10 dəfə qalxmasından sonra qazanmağa başlayıb. Kütləvi informasiya vasitələri, məşhur iqtisadçılar və innovativ texnologiyalar üzrə ekspertlər yeni rəqəmsal valyutanın üstün və mənfi cəhətləri haqqında müxtəlif məlumatlar yaymağa və proqnozlar verməyə başladılar.

       Bitcoinin bir çox müsbət özəllikləri olsa da bəzi xüsusiyyətlərinə görə bir çox dövlətlər və iqtisadi qurumlar hələ də bitkoini ciddi ödəmə vasitəsi kimi qəbul etmir və hətta bəzi ölkələr bitcoini çirkli pulların yuyulmasına dəstək verəcəyini səbəb gətirərək istifadəsinə qadağa qoyur. Bu səbəbdən ilk olaraq bitcoinin potensial risk yarada biləcək bəzi xüsusiyyətlərini nəzərdən keçirək:

  1. Bank və ya digər ödəniş sistemləri ilə əməliyyat zamanı hesablar konkret şəxslərə bağlıdır lakin kriptoşəbəkə daxilində bitcoinlə bütün tranzaksiyalar anonimdir və bitkoin-cüzdan sahiblərindən şəxsi məlumatlarını təqdim edilməsi tələb olunmur.
  2. Mərkəzləşdirilmiş idarəetmə orqanı yoxdur. Bitcoinə nəzarət edən vahid mərkəzin olmaması bitkoinin emissiyasına və məzənnəsinə təsir etməyi, həmçinin kriptoşəbəkə daxilində tranzaksiyalara və hesablara hər hansı blokun qoyulmasını mümkünsüz edir.
  3. Qeyri-stabillik. Bitcoinin dəyərinin qeyri-stabilliyi onun məzənnəsindəki volatilliyin yüksək olması ilə əlaqədardır.
  4. Əməliyyatın ləğvinin mümkünsüzlüyü. İstifadəçilər arasında bitcoin ilə hesablaşma hər hansı maliyyə-vasitəçisi olmadan birbaşa aparılır və bu səbəbdən əməliyyat baş verdiyi halda onun ləğv edilməsi mümkün deyil.
  5. Hüquqi statusun olmaması. Bitcoin hələ ki, yalnız Yaponiya höküməti (1 aprel 2017) tərfindən ölkə daxilində rəsmən ödəniş vasitəsi kimi elan edilmişdir. Avstraliya və Vyetnamda da bitcoinin tanınması gözlənlir.

      Bitcoini bəzən internet üzərindən qanunsuz maliyyə əməliyyatların maqniti hesab edirlər. Lakin nəzərə almaq lazımdır ki, cinayətkərlar öz məqsədlərinə çatmaq üçün istənilən real valyutalardan istifadə edirlər və bitkoin də istisna deyil. Bitcoin bir yenilikdir və onun ödəniş vasitəsi kimi digər fiat valyutalardan üstünlükləri cinayətkar aləmin diqqətini cəlb etməsi təbiidir.

   Bitcoinin nüfuzuna ilk böyük zərbə 2013-cü ildə Silk Road saytının yaradıcısı Ross William Ulbricht həbs edilməsi oldu. Silk Road platforması ödəniş vasitəsi kimi bitcoini qəbul edən və əsas satış predmeti yüngül narkotiklər (marixuana, ekstazi) olan onlayn-maqazin idi.

429830_10316_1

Alıcı və satıcıların anonimliyi tam təmin olunan platformada incəsənət əsərləri, soyuq silahlar hətta saxta sənədlərin hazırlanması və xaker hücumlarının təşkili kimi xidmətlər də təklif olunurdu. Federal Təhqiqatlar Bürosunun hesablamalarına əsasən Silk Road internetdə ən böyük “cinayətkar bazarı” olmaqla yanaşı iki il ərzində 1.2 milyard dollar qazanc əldə edib. Ross Ulbrixtə qarşı çirkli pulların yuyulması, narkotik ticarəti və xaker fəaliyyəti maddələri üzrə cinayət işi açılaraq 29 may 2015-ci ildə ömürlük azadlıqdan məhrum edildi.

     Hazırda dünyada “Çirkli pulların yuyulması”na qarşı tədbirləri kordinasiya edən və mütəmadi monitorinqlər aparan iki beynəlxaq qrup mövcuddur: Maliyyə cinayətləri ilə mübarizə üzrə beynəlxalq qrup (FATF) və Avropa Şurasının “Money Wall” adlanan xüsusi ekspert qrupu.

     FATF (Financial Action Task Force)-ın dərc edilmiş “Yeni terror riskləri” adlı hesabatında rəqəmsal valyutaların terror təşkilatlarının maliyyələşdirlməsi imkanları barədə bölmə yer almışdır.

06-fatf.jpg

Hesabatda deyilir ki, çirkli pulların yuyulması, qanunsuz silah satışı, narkotik ticarəti və terrorçuluğun maliyyələşməsində ilk növbədə ənənəvi üsulla – qanunsuz bank köçürmələri vasitəsilə aparılır və kriptovalyutalarla maliyyəşmə mexanizmi siyahıda ən son yerdədir. Odur ki, kritovalyutalara xüsusilə də bitcoin ilə olan marağın artmasına əsas səbəb “qanunsuz maliyyələşmələrdə istifadə olunması” sadəcə olaraq növbəti mifdir.

     Amerikanın çirkli pulların yuyulmasına qarşı mübarizə agentliyinin (FinCEN) rəhbəri Genifer Kelverin bəyənatına əsasəsən terrorçuluğun maliyyələşməsində bitcoin-in rolu “ənənəvi” maliyyələşmə metodları ilə müqaisədə kifayət qədər azdır və hələki ciddi risklər daşımır.

      Məlumat üçün qeyd edim ki, Azərbaycanda «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsi 2009-cu ilin fevral ayında qəbul edilib. Çirkli pulların yuyulmasına qarşı mübarizəni isə Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirir.

     Bitcoin və ümumilkdə kriptovalyutaların inkişafı dövlətin qanunvericilik, tənzimləmə və hüquq-mühafizə orqanları qarşısında yeni tapşırıqlar qoyur.

1512634940-stolica-s-su-bitkoinPraktiki olaraq istənilən proqressiv texnologiyalar müsbət yeniliklərlə barəbər özü ilə yeni riskləri də gətirir ki, kriptovalyutalarda bu cəhətdən istisna deyil. Bu tip risklərin minimumlaşdırılmasının qiymətləndirilməsi zamanı ilk olaraq bu riskləri müəyyənləşdirilməsi, informasiyaların yığılması və statistik məlumatların analiz edilməsi mütləqdir. Yalnız bundan sonra konkret tədbirlərə keçmək olar. Həssas tənzimləmə və operativ idarəetmə üsullarını elə tətbiq etmək lazımdır ki, potensial investorlar və sıravi istifadəçilər qanunları pozmamaq şərti ilə innovativ texnologiyaları (blockchain) istifadə etməklə rəqəmsal valyutaları öz bizneslərində tətbiq edə bilsinlər.

Müəllif:  Elnur Quliyev

Leave a Reply