Oprah Winfrey: dünyada ilk qaradərili milyarder qadın

1365985b7a7bd335554b19e9cbdab962

     Oprah Winfrey – dünyanın ilk  və yeganə qaradərili milyarder xanımıdır. 05.01.2017-ci il tarixinə olan Forbes reytinqinə əsasən,  onun sərvətinin miqdarı 2,8 milyard dollar təşkil edir. Oprah Winfrey Network telekanalının, Oprah Magazine jurnalının və Oprah Radionun sahibidir.

     Oprah Winfrey aparıcısı olduğu və 1986-ci ildən 2011-ci ilə qədər yayımlanan “Oprah Şou” Amerika televiziyasında ən populyar verilişlərdən biri olub. Ağ dəri kresloda Oprahın qarşısında Amerikanın ən  məşhur insanları – o cümlədən Barak Obama, Maykl Cekson, Mayk Tayson, Uitni Xyuston, Sara Peylin və ondan da çox sadə amerikalı əyləşib, öz həyat faciələrini, başlarına gələn hadisələri, xoşbəxtlik sirlərini  və s paylaşıb. Oprah hər kəsdən söz almağı bacarır. Hətta velosipedçi Lens Armstronq onun şousunda dopinqdən istifadə etdiyini etiraf edib, halbuki həmin vaxta qədər həmişə o məsələ ilə ağlı susurmuş.

     Danışmağı öyrəndiyi andan, Oprah səhnədə olub – uşaqlıqda o, hasarın üzərindəki qarğalardan müsahibə alarmış, məktəbdə öz natiqlik bacarığını göstərmək üçün hər fürsətdən istifadə edərmiş, daima müsabiqələrə qatılarmış. Onlardan birində “Miss yanğından mühafizə” müsabiqəsində, onu yerli WVOL radio-stansiyasının aparıcılarından biri görür və efirdə xəbər oxumağa dəvət edir. Bu onun əməkhaqqı qazandığı ilk iş idi. Daha sonra o məktəb dərslərini və işini də  eyni anda çatdırmağa çalışır və həftəyə 100 dollar qazanır. 17 yaşında Oprah ən gənc müxbir olur, yerli KİV-də çalışaraq və, Nashville televiziyasının ilk qaradərili qadın müxbiri olaraq o, 1986-cı ildə özünün ən yaxşı şousunu yaradır.

 O.W: “Siz həyatda, yalnız istəməyə cəsarət etdiyiniz şeyləri əldə edirsiniz. Meyarlarınızı yüksəltməkdən qorxmayın. Bilin ki, məşğul olduğunuz işə görə sizə pul ödəmirlərsə, deməli siz uğura gedən yoldasınız”

      Oprah televiziya sahəsində pul qazanmağa başlayandan yoxsul qara dərili uşaqların təhsilinə maliyyə ayırmağa başlayıb və bu vaxta qədər həmin məqsədlər üçün 400 milyon dollardan çox vəsait sərf edib.

O dünyanın ilk qaradərili milyarder xanımıdır. Forbes reytinqinə əsasən,  05.01.2017-ci il tarixində sərvətinin miqdarı 2,8 milyard dollardır.

Leave a Reply