LC Waikiki 1985-ci ildə Fransız dizayner George Amoual və iş ortağı, fransız hazır geyim bazarına yeni bir brend gətirmək üçün təşəbbüskar bir qərar alırlar. LC Waikiki adını isə, sektora giriş qərarlarının alındığı bir dövrdə təyyarə səyahəti əsnasında düşünürlər. Təyyarə səfəri əsnasında əllərinə keçən bir jurnalda məşhur Waikiki Plyajı-nın təqdimatını görürlər və bu adın müxtəlif layihələrə çox uyğun olacağını düşünürlər. LC isə fransızca “dostlar” mənasına gələn “Le Copains” sözlərinin baş hərflərindən əmələ gəlir. Bu iki baş hərf ilə birlikdə, Waikiki adını yan-yana gətirirlər və bu gün bildiyimiz LC Waikiki brendinin adı yaranır.
1988-ci ildə istehsalın sürətlənməsiylə birlikdə iki ortaq Türkiyədə yaxşı tərəfdaş axtarışına başlayırlar və türk şirkəti Taha Tekstil ilə tanış olurlar. Vaxt itirmədən Taha tekstil ilə işləməyə başlayırlar. Taha tekstil LC Waikiki markasının ehtiyaclarını gözlənildiyindəndə yaxşı qarşılayır və təbii ki, bu vəziyyət böyümə politikasınıda özü ilə gətirir. 1996-ci ildə Taha Qrup pərakəndə satış sektoruna girmə strategiyası istiqamətində, mağazalar açmaq və LC Waikiki məhsullarını dilerlər yerinə öz mağazalarında satmaq məqsədi ilə Tema Mağazacılık A.Ş qurur. Bu zaman Taha qrup yeni brend qurmaq işini bir kənara qoyaraq 1997-ci ildə LC Waikiki markasının dünyadakı bütün ad haqlarını satın alır. Həmin ildən etibarən artıq 21 firma mağazası ilə LC Waikiki bir türk markasına çevrilir və müştərilərinə xidmət etməyə başlayır. Hazırda isə təkcə Türkiyənin 71 bölgəsi üzrə 380 mağazası fəaliyyət göstərir.
2009-cü ildə LC Waikiki ilk xarici mağazasın Ruminayda açır. Daha sonra Albaniya, Makedoniya, Misir, Mərakeş, Azərbaycan, İran, İraq, Kosovo, Ərəbistan, Polşa, Qazaxstan və Rusiyada filialları fəaliyyətə başladı. 2011-ci ildə isə Türkiyədə hazır geyim üzrə pərakəndə mallar bazarında lider oldu. LC Waikiki 2023-cü ilə qədər pərakəndə geyim sektorunda Avropanın ən yaxşı üç şirkətindən biri olmağı hədəfləyib.
LC Waikiki “Gözəl geyinmək hər kəsin haqqıdır” sloqanı ilə hazırda 38 ölkədə 800 mağaza ilə öz müştərilərinə uyğun qiymətə keyfiyyətli məhsullar təqdim edərək xidmət edir.