Yanvarın 13-də artıq 16.8 mln bitkoin mayninq (əldə olunması) olunub. Bu rəqəm əldə olunacaq bitkoinlərin toplam sayının 80%-ni təşkil edir. Nəzərə alsaq ki, bitkoinlərin ümumi sayı 21 ml-dur o zaman çətinlik əmsalı da getdikcə artacaq. Kriptovalyutanın sayının məhdud olması hər bir yeni bitkoinin “mayninq”nin ondan öncəkinin əldə olunmasından daha çətin olması ilə əlaqədardır. Çətinlik artıqca qiymət də artacaq. Hazırda maynerlər (mədənçilər) hər bir əldə edilmiş blok üzrə 12.5 bitkoin mükafat alırlar. Lakin Satoşi Nakamotonun protokoluna əsasən bu mükafat hər 210.000 blok ( və ya hər 4 ildən bir) əldə edildikdən sonra 2 dəfə azalır. Növbəti dəfə mükafatın azalaması 2020-ci ildə olacaq və maynerlər hər blok üzrə 6.25 bitkoin alacaqlar. İlk başlanğıcda hər bir blok üzrə mükafat 50 bitkoin təşkil edirdi.
Xatırladaq ki, bütün kriptovalyutalar bitkoin kimi mayninq üsulu ilə əldə edilmir. Onların tədavülü birdəfəlik və qabacadan müəyyənləşdirilimiş sayda olur. Dövriyyəyə isə ya dərhal yada tədricən buraxılır. Bu kriptovalyutalara Ripple, IOTA, NEM, NEO, Qtum, Omisego, Lisk, Stratis, Waves, EOS misal göstərmək olar.
mining bitənə doğru qiymət də qalxar yəqin