Kodak “KODAKOne” blokçeyn platformasının yaradılması ilə əlaqədar olaraq Wenn Digital ilə partnyorluq edecek. Kodakcoin kriptovalyutası foto-industriya üçün istiqamətlənəcək. Onun missiyası müstəqil fotoqraflara və təşkilatlara sahib olduqları şəkillər və müəlliflik hüquqları üzərində nəzarəti təmin etməkdir. Bu elandan qısa müddət sonra Kodak-ın səhmləri 44% artıb. Kodak hesab edir ki, yeni platforma həm peşəkar fotoqraflara, həm də həvəskarlara öz işlərini təhlükəsiz satmağı imkan yaradacaq.
ICO-nun keçirilməsi yanvarın 31-nə planlaşdırılır.