Coincheck birjasından 400 mln dollar dəyərində NEM oğurlanıb

 

   Hacker

    Yaponiyanın iri kriptovalyuta birjalarından biri olan Coincheck yanvarın 26-sı birjanın hesabından 400 mln dollarlıq oğurluq olduğunu təsdiqlədi. Coincheck özü ölkənin kriptosektoruna nəzarət edən Maliyyə Xidmətləri Agentliyinə (FSA) 500 mln NEM (cari məzənnə üzrə 400 mln dollar) oğurlandığını xəbər verib. Bu xəbərdən sonra NEM-in qiymətidə 20% enmə müşahidə olundu.

    Bu informasiyanı NEM.io Foundation rəhbəri Lon Vonq təsdiq edib. L.Vonq:”NEM texnologiyasının heç bir günahı yoxdur. Biz ümumiyyətlə birjalara məsləhət görürük ki, multi-imzalı smart kontraktlardan istifadə etsinlər. Coincheck bundan istifadə etmirdi və bu səbəbdən hücuma məruz qaldı. Onlar təhlükəsizliyə çox arxayın yanaşırdılar”

    Bir müddət əvvəl Coincheck NEM kriptovalyutası ilə bütün əməliyyatları, daha sonra isə bitkoindən başqa digər altkoinlərlə olan tranzaksiyaları dayandırmışdı.

Leave a Reply