Google-də axtarış statistikası bitkoinin qiymətinə təsir edir

000431

       DataTrek Research şirkətinin təsisçisi Nik Kolas bitkoinə investisya etməyin ən yaxşı vaxtını müəyyənləşdirməyin yolunu tapdığını açıqlayıb. Onun fikrincə bitkoinin qiymətinə internetdə bitkoin üzrə axtarış sorğularının sayı və elektron cüzdanlarının statistikası birbaşa təsir edir.

Bu nəzəriyyə özünü Amerikada Şükran Günü ilə 17 dekabr arasında axtarış saylarının çox olduğu zaman bitcoin qiyməti iki həftə içində ikiqat artımla 19.843 dollar olduğu zaman təsdiqlənir. Axtarış sayı artdıqca, bitcoin cüzdanlarının sayının artmasına gətirib çıxardı. Bir neçə gündən sonra bitcoin qiyməti internetdə axtarış sorğularının sayı kimi düşdü.

Bununla belə bu iki faktor arasındakı korelyasiya  bizə bunlardan hansının daha effektli olduğunu başa düşməyə imkan vermir: Google-un axtarış sorğularının artması və ya bunun tam əksinə olması səbəbindən qiymət artması.

Leave a Reply