Kriptovalyuta bazarına mənfi təsir edən faktorlar

1517478820491-bitcoin-down

     Kriptovalyutalar qiymətindəki yüksək volatilliyə baxmayaraq yüksək gəlirli aktiv kimi özünə çoxlu sayda qeyri-peşəkar investorları da cəlb edə bilmişdir. Bir çox məşhur investor və iqtisadçılar hələ də bitkoini “piramida” və ya “köpük” adlandırılar. Hətta ətrafımızda bitkoinin konsepsiyasını anlamayan, ümumiyyətlə kriptosektora prinsipial olaraq neqativ yanaşan və birjaların işləmə prinsiplərindən anlayışı olmayan “ekspertlər” hazırkı qiymətlərin düşməyindən sanki sevinərək özlərini “ağıllı” hesab etməyə başladılar.

   2017-ci ildə kriptovalyutalar investisiya aləti kimi bazarı “partlatdılar” və hətta bəzi koinlərin qiymətində artım 1000%-dən də çox oldu. Kriptovalyutaların ümumi bazar kapitalizasiyası isə il ərzində 3400% artdı. Lakin bununla belə artıq dekabr ayının sonundan bitkoin və digər kriptovalyutaların qiymətində enmə müşahidə olunmaqdadır. Səbəblər müxtəlifdir ancaq nəzərə almaq lazımdır ki, 2017-ci ildə bitkonin qiyməti düz 5 dəfə 30%-ə qədər enib və sonradan dəfələrlə qalxıb. Odur ki, bu dəfəki enmə də hələ kriptovalyutaların sonu demək deyil.

     Ümimiyyətlə birjaların belə xüsisiyyətləri var ki, zamanla canlanma baş versə də ilin müəyyən dövrlərində ənənəvi eniş müşahidə olunur. Təcrübəli treyderlər bilirlər ki, bunun üçün əsaəsən üç faktor nəzərə alınmalıdır. Birincisi, ilin əvvəlində, yəni fevral ayında Çində “yeni il” bayramıdı və bu vaxt insanlar aktivlərini fiat pullara çevirərək bayram edirlər. İkincisi, mövsümilik faktoru – yayda demək olarki bir çox treyderlər istirahtə yollanır və bazarda avkitlik  səngiyir. Üçüncü faktor isə ilin sonuna yaxın “milad bayramı” ilə əlaqədar olaraq yenə aktivlərin fiat pullara dəyişdirilməsi prosesi gedir. Bu nüansları bilmək vacibdir.

   Hazırda bazarda qiymətlərin düşməsində əsas faktorlardan biri də bəzi hökumət rəsmilərinin, iri banklar və maliyyə qurumlarının rəhbərlərinin kütləvi informasiya vasitələridə kriptovalyutalar barədə neqativ açıqlamaları oldu. Kriptovalyutaların populyarlığı artıqca investorlar onsuzda faiz gəliri az olan banklar və iri investiya fondlarından pulluarını çəkərək riskli lakin yüksək gəlirli rəqəmsal aktivlərə yatırırlar. Bu isə banklar və fondlar üçün maliyyə itkilərinə səbəb olur. Böyük oyunlar gedir. Hazırda kripto-bazardan “ələnmə” prosesi davam edir. Qeyri-peşəkar və təsadüfi investorlar panikaya düşərək rəmsal aktivlərini sataraq bazardan çıxırlar. Təcrübəli investorlar isə gözləmə mövqeyindədir və bilirlər ki, mövcud vəziyyət müvvəqəti xarakter daşıyır. Odur ki,  tövsiyyə edirəm rəqəmsal aktivlərinizi satmağa tələsməyin.

      Nəzərə almaq lazımdır ki, hazırda fond birjalarında da vəziyyət yaxşı deyil. Fevralın 5-də Nyu-York fond birjasında Amerikanını sənaye indeksi Dow Jones 4.7% gerilədi. Bu son zamanların rekord həddi idi. S&P 500 indeksi isə 4% itirdi. Bloomberg agentliyinin veridyi xbərə görə fond birjasında qiymətli kağızların qiymətlərinin düşməsi fonunda dünyanın 500 ən varli insanın aktivləri ümumilkdə 114 milyard dollar azalıb. Bununla belə “nədənsə” kütləvi informasiya vasitələri əsaəsn kripto bazarının çökməsi xəbərlərini öndə saxlayırlar. Bu təsadufən edilmir.

      Bu dəfə sizinlə kriptovalyuta bazarında qiymətlərin enməsinə səbəb ola biləcək üç faktor barədə qısa məlumatı paylaşmaq istəyirəm. Çünki bu risklər hər zaman var və üzünmüddətli mövqedə investisya etmək istəyirsinzsə bu faktrları nəzərə almalısınız. Başlayaq!

     1. Tənzimləmə üslubları.

      Dünyada maliyyə sektorunu tənzimləyən qurumlar kriptovalyutaları birbaşa qadağan etməyə imkan verən vasitələrə malik deyillər. Bu səbəbdən hazırda hökümətlər bu məsələdə tənzimləmə mexanizmlərini tətbiq etməyi daha üstün tuturlar. Lakin istisna deyil ki, dövlətlər tənzimləmənin ən son metodu olan kriptobirjaların qadağan edilməsindən istifadə etsinlər. Təssəvvür edin ki, ABŞ, Avropa və digər regionların tənzimləyiciləri bir araya gələrək birjaları və kriptovalyutalar müqabilində müxtəlif xidmət göstərən şirkətlərin fəaliyyətlərini qadağan edərsə, bu bütün kriptosektora ciddi zərbə vuracaq və qiymətlərin düşməsinin qarşısını almaq mümkün olmayacaq.

Xatırladım ki,  2017-ci ildə Çində ICO-ların qadağan edilməsi və yerli kriptobirjaların bağlanması yalnız şirkətlərin digər ölkələrdə qeydiyyatdan keçməsinə gətirib çıxardı. Qiymətlər isə azalmaq əvəzinə daha da artdı. Əgər Avropada və ya ABŞ-da kriptovalyutalar qadağan edilsə, kriptosektora kifayət qədər mənfi təsir göstərəcək. Yəni Çin ssenarisi təkrarlanmaya bilər. Düzdü Avropa və Amerikanın kriptovalyutaları qadağan etməsi ehtimalı hardasa 10%-dir lakin bunula belə mümkün ehtimaldır. Bu faktor baş verərsə kriptovalyutaların qiymətinin ən azı 50% düşməsinə təsir edəcək.

    2. Kriptobirjaların fəaliyyəti

      2014-cü ilə qədər kriptovalyutaların ticarət dövriyyəsinin 70%-i Mt.Gox birjasından keçirdi. 2014-cü ilin əvvəlində Mt.Gox-un bağlanması kriptovalyuta bazarını maksimumdan 80% aşağı saldı. Hazırda dövriyyə birjalar arasında bölünüb və ümumi əməliyyat həcmi 10%-dən çox olan vahid birja yoxdur. Lakin bunula belə bazarda əsas oyunçular (Coinbase, Bitstam, GDax və s) var ki, kriptosistemə əhəmiyyətli pul cəlb edə bilirlər. Bazarın çökməsi riski o zaman yaranır ki, bazara pul mədaxili dayansın.

Həmçinin kriptobirjaların xidmətindən istifadə edən investorlar üçün üç əsas risk hər zaman var: birjanın iflası, birjaya xaker hücumu və birja inzibatçılarının fırıldaqçılığı.

    Ticarət dövriyyəsinə görə ən iri birjalardan olan Binance-nin qeydiyyatdan keçən istifadəçi sayı bəzən saatda 200.000 çox arta bilir. Birjanın istənilən an bağlanma riski var və bundan sonra bazara daxil pul axını azala bilər və ya artıq böyük dövriyyələr yoxa çixacaqdır. Təcrübəyə əsasən hər hansı birjanın bağlanması ümumi kriptovalyutaların qimətinin 10-15% enməsinə təsir göstərir.

    3. Kriptovalyutanın kreditlə alınması

      Bəzi birjalar istifadəçilərə kriptovalyutaları kreditlə almağa imkan yaradır və hətta bəzi hallarda isə kreditlə aldığı kripto aktivləri istifadə etməyə imkan verir. Kreditlə kriptovalyuta alan investorlar proqnoz edirlər ki, bazarda qiymətlər artacaq. Əgər bu baş vermirsə yəni əksinə olaraq artmaq əvəzinə qiymətlər düşürsə bu zaman investorlar ziyanla üzləşəcək. Statistikaya əsasən bu tip kreditlə satışların təqribən 3-5%-i problemli olub. Lakin hazırkı bazarda olan tendensiyanı nəzərə alsaq qısamüddətli mövqedə vəziyyət heçdə yaxşı olamaya bilər. Bu faktor bazarda qiymətlərin düşməsinə 10-20% təsir edə bilər.

 

Elnur Quliyev

Crypto Consulting

 

 

 

 

 

Leave a Reply