Hindistan: kriptobirjalara qadağa yoxdur

images

   Hindistanın üç aparıcı bitkoin-birjları olan Unocoin, ZebPay və Coincure rəhbərləri  keçən həftə ölkədə kriptovalyutaların qadağan edilməsi ilə bağlı yayılan məlumatların düzgün olmadığını yekdilliklə bəyan ediblər. Bu barədə CoinTelegraph məlumat yayıb.

Xatırladaq ki, Hidistanın maliyyə naziri Arun Djeytli parlamentdə çıxışı zamanı kriptovalyutaların ölkdə daxilində rəsmi ödəniş vasitəsi kimi qəbul etməyəcəklərini və rəqəmsal pullarla hər hansı bir qanunsuz əməliyyatların apaılmasına qarşı mübarizə aparacaqlarını bəyan etmişdi.

      Kriptobirja rəhbərləri nazirin bu çıxışını şərh edərkən qeyd ediblər ki, bu ümumiyyətlə kriptovalyutaların qadağan edilməsi demək deyil və kütləvi informasiya vasitələri xəbəri düzgün analiz etmədən növbəti ajataj yaratmaq məqsədi ilə yayıblar. Maliyyə naziri parlametdəki çıxışından iki gün sonra bir açıqlamasında kriptovalyutalara heç bir qadağanın olmamasını təsdiqləmişdi.

     Unocoin birjasının təsisçisi Sunny Ray: “Ümumiyyətlə bitkoin praktiki olaraq Yaponiya istisna olmaqla bütün dünya dövlətlərində rəsmi ödəniş vasitəsi kimi çıxış etmir və bu səbəbdən “qarışqadan fil düzəltməyə” ehtiyac yoxdur. Maliyyə sahəsində cinayətkarlıqla mübarizə tam adekvat addımdır və fərqi yoxdu bu zaman bitkoin, qızıl və ya adı fiat pullar istifadə olunursa. Demək olar ki, bütün hökümətlər bu mövqedən çıxış edirlər və maliyyə nazirinin parlamentdəki açıqlaması kifayət qədər neytraldır. Nazırın açıqlamasını kriptovalyutaların qadağan edilməsi ilə eyni tutmaq məntiqsiz və məsuliyyətsizlikdir”

IB125

   ZebPay rəhbəri Sandeep Goenka: “Kütləvi informasiya vasitələri xəbəri nazirin açıqlamasın yalnış şərh ediblər və Hindistanın kriptobirjaları hökumətin kriminal və qanunsuz maliyyə əməliyyatları ilə mübarizəsini hər zaman dəstəkləməyə hazırdı. Biz dövlət orqanlarına şübhəli tranzaksiyaların izlənərək müəyyən olunmasında köməyimizi əsirgəməyəcəyik”

       Coinsecure icraçı direktoru Mohit Kalra: “Cənab nazir Arun Djeytli hökumətin bitkoin və digər kriptovalyutalardan istifadə edərək qanunsuz maiyyə əməliyyatlarına qarşı mübarizə aparacağını demişdir. Bizim biznesimizə bunun təsiri yoxdur. İstifadəçilərimizə məsləhət görərdim ki, panika etməsinlər və aktivlərini ucuz satmağa tələsməsinlər”

 

Leave a Reply