Avropa texnologiya və istehsalatda çox inkişaf etsə də belə görünür ki, daha çox pul qazanmaq ehtirasından və digər ölkələrə kölə vəya müstəmləkə münasibəti göstərmək adətindən vaz keçə bilmir. Bir az araşdıranda məlum olur ki, TV-dən telefona kimi bütün texnoloji cihazlar vasitəsi ilə bizi izləyə və dinləyə bilirlər. Bunu reklam “targeting” üçün elədiklərini iddia etsələr də bu məlumatların CİA, Mossad və digər xüsusi xidmət orqanlara ötürüldükləri də sirr deyil.
Söhbət hətta sizin telefonda nə danışdığınızdan getmir: smartfonunz sadəcə sizin yanınızda olduğu zaman belə sizi izləyir. Odur ki, əgər siz uzun müddətdir ki, smartfon istifadə edirsinizsə Google-nin illərdi topladığı söhbətlərinizi dinləyə bilərsiniz. Google heç bunu gizlətmirdə. Bu fakti bilmək üçün qeydiyyatdan keçərkən istifadəçi ilə “ikitərəfli razılaşma” sənədini oxumaq lazımdır. Məlumdur ki, heç kəs çox səhifəli razılaşma haqqında sənədi oxumur. Google toplanmış məlumatları öz süni intellekt robotuna verir, o isə öz növbəsində sizə təkliflər, reklamlar təqdim edir.
Məsələn google-da hansısa xəstəliklə bağlı axtarış edin, bir-neçə dəqiqə sonra dərman reklamları görməyə başlayacaqsınız. Xaricə gedərkən hər hansı otel haqqında axtarış etsəniz sonrdan oteller haqıında reklam məlumatları sizin kompyuterin ekranında avtomatik çıxacaq. Artıq axtarmağa da ehtiyac yoxdur məlumatın özü gəlib sizi tapacaq.
Lakin bu düzgün deyil. İlk olaraq insan azadlıqlarına təhdiddir və birdən bu məlumatlar hansısa pis niyyətli insanın əlinə keçdi? Bu informasiyalar sizə qarşı istifadə oluna bilər. Bu səbəbdən sizə bu məlumatları necə silmək mümkün olduğunu izah edəcəyik.
Bu ünvanda telefonunuzun mikrofonunun yazdığı bütün məlumatlar yerləşir. Əgər burda heçnə tapmasanız, demək səsli köməkdən istifadə etməmisiniz. (Ok, Google)
Burdan isə bütün internet aktivliyiniz toplanmışdır. Axtarışlarınız, haralarda olduğunuz, yüklədiyiniz səhifələr və sair.
Hər iki halda da yuxarı sağ küncdən menyunu açıb bütün məlumatları silə bilərsiniz.