Dünyada plastik kartların müxtəlif növləri mövcuddur. Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq kartlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır. Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır:
- Debit kartlar – bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilir
- Kredit kartlar – hesablaşma zamanı nəğd puldan istifadəni kredit kimi istifadə imkanını yaradır.
- Ödəmə kartları – hesablaşmanın asan yolunu təmin edən kartlar.
İnsanlar alacaqları kartın mümkün olduqca daha çox yerlərdə qəbul edilməsinə üstünlük verirlər. Bu baxımdan kart təqdim edən və ya yayımında vasitəçilik edən banklar, həm kart sahibləri həm də kartı qəbul edən tərəflər arasında uyğun bir bazar yaratmağa çalışırlar.
Plastik kartlar aşağıdakı imkanları verirlər:
- Pul vəsaitlərinin rahat və təhlükəsiz saxlanılması. Çünki kart məxfi PİN-kodla qorunur və plastik kartın itirildiyi və ya oğurlandığı hallarda hesabdakı vəsait olduğu həcmdə qalır;
- Dünyanın istənilən nöqtəsində, sutkada 24 saat ərzində, banka müraciət etmədən, bankomatlardan pul vəsaitinin çıxarılması;
- Ölkə daxilində və onun hüdudlarından kənarda malların və xidmətlərin ödənilməsi;
- İnternet vasitəsilə həyata keçirilən “on-line” sifarişlərin ödənilməsi;
- Kart hesabınızdakı hər hansı dəyişikliklər barədə ətraflı hesabatın alınması;
- Şəxsi məsrəflərin və gəlirlərin kart hesabı üzrə alınmış çıxarışların əsasında təhlil edilməsi və planlaşdırılması.
Plastik kartların hamısı eyni ölçüdə olur – 54×86 mm, qalınlığı isə təxminən 1 mm. Plastik kartlar hazırlandığı materiala görə 3 növə – kağız, plastik, metal bölünür. Kart üzrərində standart yazılar: kart sahibinin adı, kartın nömrəsi, etibarlı olduğu müddət.
Tipinə görə plastik kartların növləri:
- qrafik təsvirli kartlar
- ştrix kodlu kartlar
- maqnit lentində kodirovkası olan kartlar
- çipli kartlar
- lazer və ya optik kartlar.
Plastik ödəniş kartların istifadəsində 3 əsas istiqamət mövcuddur:
- fiziki şəxslər üçün plastik kartlar
- hüquqi şəxslər üçün korporativ kartlar
- maaş kartları
Ödəmələrin bu sisteminin tətbiqini beynəlxalq aləmdə daha da təkmil formada tətbiq etmək məqsədi ilə Qərbdə İSO (İnternational Standarts Organisation) – Beynəlxalq Standartlar Təşkilatı yaradıldı. Plastik kartların dünyada tanınmış VİSA, MASTER CARD, AMERİCAN EXPRESS kimi emitentləri bu təşkilatın üzvləri oldular. Bu təşkilat tərəfindən plastik kartların ümumi xarici görünş standartı, hesabların nömrələnməsi qaydası, maqnit xətlər formatı aparılan əməliyatlar barəsində kart sahibinə göndərilən məlumatlar formatının standartları işlənib hazırlandı. Məhz həmin standartlar bütün dünyada tətbiq edilir.
Hazırda dünyanın 200-dən artıq ölkəsində pul dövriyyəsi sahəsində plastik kartlardan istifadə edilir. Qərbin sənayecə inkişaf etmiş ölkələrində plastik kartlar daha geniş tətbiq edilərək və çek kitabçalarını tədricən sıxışdırdı. Kartların ən böyük üstünlüyü həm də ondadır ki, pulumuzun oğurlanmasını minimumlaşdırır. Yəni əgər kart ogurlanarsa, banka xəbər verib kartı blok etmək mümkündür.
Hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunan bütün plastik kartlar iki yerə ayrılırlar : şəxsi və korporativ.
Şəxsi kartları banklar ayrı – ayrı şəxslərə, özünün ödəmə qabiliyyətli müştərilərinə verirlər. Bundan başqa, banklar şəxsi kartları digər tanımadıqları şəxslərə də verə bilərlər. Bunun üçün bank tərəfindən həmin şəxslərin ödəmə qabiliyyətləri öyrənilməli, “kredit tarixçəsin” nəzərdən keçirilməlidir. Həmin şəxslər bankda cari hesab açmalıdır.
Korporativ kartlar banklar tərəfindən hüquqi şəxslərə onların təminatı əsasında verilir. Belə kartları vermək üçün bank mütləq həmin hüquqi şəxsin ödəmə qabiliyyətini yoxlayır.
Funksional əlamətlərinə görə şərti olaraq plastik kartlar yeddi növə və iki qrupa bölünürlər. Birinci qrupa maqnit kartları, ikinci qrupa isə elektron kartlar aid edilir. Ilk beş növ maqnit kartları, son iki növ isə elektron kartlarıdır.
Maqnit kartlar
1. kredit kartlar
2. debet kartlar
3. ekzekyutiv (icra) kartlar
4. çek təminat kartlar
5. alıcılıq qabiliyyəti qeyd olunmuş kartlar
Elektron kartlar
6. mikroprosessor kartlar
– yaddaş kartları
– intellektual kartlar (Smart cards)
– superintellektual kartlar (Supersmart cards)
7. lazer kartlar.
Məlumat üçün qeyd edim ki, dünyada ilk bank kartı 1951-ci ildə Nyu-Yorkda yerləşən Long Island Bank tərəfindən buraxılıb. 1959-cu ildən isə kağız (karton) kartlar plastik kartlarla əvəz edilməyə başlanıldı və ilk plastik kart buraxan bank American Express Bank oldu. SSRİ-də isə ilk plastik kart 1986-cı ildə Vneştorqbank tərəfindən buraxılıb və kartın ilk nümunəsi isə M. Qorbaçova təqdim edilmişdi.
Visa və MasterCard arasındakı fərq
Dünyanın ən bahalı 10 bank kartı
Bank kartlarındakı nömrələrin mənası