Arizona ştatında vergilər bitkoinlə ödəniləcək

 

    Arizona sakinləri vergini bitkoin və ya digər kriptovalyutalar ilə ödəmə imkanına malik Amerikanın ilk ştatı olacaq. Müvafiq qanun layihəsi keçən həftə Arizona ştatının Senatı tərəfindən qəbul edilib. Bu barədə məlumatı “The Daily Express” dərc edib. Qanun layihəsinin lehinə 16, əleyhinə isə 13 sentator səs verdi. Nəticədə 3 səs çoxluğu ilə qəbul edilib və Nümayəndələr Palatasına göndərilib.

hqdefault

  Respublikaçılar partiyasının nümayəndəsi olan Cef Vinneqer açıqlamsında qeyd edib ki, ştatın vergi qanunvericiliyindəki dəyişikliyə əsas səbəb Arizonanı yeni texnologiya istifadəçiləri üçün ən konfortlu ştata çevirməkdir. Bununla da Arizona Amerikanın bütün ştatatlarına və dünyaya mesaj göndərir ki, yaxın gələcəkdə ştat blokçeyn və rəqəmsal vaylutalara açıq elan ediləcək.

 

Leave a Reply