Aqrosektor insanlığa yarandığı gündən təmiz və sağlam qida verir amma son vaxtlar bəzi “biznesmenlər və marketoloqlar” insanları aldatmağa çox meyl edirlər. At ətindən dönər, halal markalı donuz ürünlü kolbasa, saxta düyü artıq təəssüf ki, alışdığımız duruma çevrilib. Son dövrdə dəbdə olan yalanlardan biri də orqanik məhsul terminidir. Təbii ki, kənd yumurtası normal yumurtadan 2 dəfə bahadır. Bu da insanları aldatmağa meyl etdirir. Bu məqalədə eko, bio və orqanik məhsulların fərqini izah etməyə çalışacayıq.
Avropada orqanik və eko-məhsul mədəniyyəti artıq 30 ildir ki, formalaşıb və bu məhsulların satışı xüsusi yerlərdə təşkil edilir.
Ekoməhsul
Ekoməhsul əslində eyni kimya sənayesi zibilidir (belə adlandırmağımın bir çox səbəbi var). Bunlar yuyucu məhlullar, xüsusi qablar, texnika və sairdir. Bunların adı ekoməhsul olsa da bu o demək deyil ki, insana zərərli deyil (belə məhsullar çox vaxt kanserojon maddələr əmələ gətirir). Bu adı ona görə qoyublar ki, guya bu məhsullar təbiətdə əvvəlkilərdən fərqli olaraq daha tez çürüyür və zərəri nisbətən azdır. Məsələn adi yuyucu məhlul təbiətdə 100 ilə dağılırsa, ekoməhlul 10 ilə məhv olur. Burdan da aldatma meydana çıxır. Məsələn, südün üstünə yazırlar ekomoloko. Bu südün yox sadəcə qablaşdırmanın ekoməhsul olduğu anlamına gəlir, süd isə elə həmən süddür.
Orqanik
Məhz bu məhsullar insanlara zərərli deyil, heç bir kimyəvi, pestisid, herbisid və GDO (GMO) istifadı olunmadan hazırlanır. Belə məhsullar qida, geyim, tekstil, kosmetika, oyuncaqlar ola bilər. İstehsalçı mütləq orqanik məhsulları xüsusi nişanlamalıdır. Aşağıdakı şəkildə dünya üzrə orqanik məhsulların loqotipləri göstərilib.
Bioməhsul
Bioməhsul anlayışı da digər aldatma variantıdır. Bu elə orqanik məhsulların adlandırılmasıdır. Amma bunu demək olar ki, kim hara istəyir yazır. Buna da çox etibar etmək lazım deyil. Biz almasaq “ticarətçilər” də belə yalanlara getməzlər.
Sonda onu da qeyd edək ki, orqanik məhsulların populyarlığı daha da artacaq. İnsanların intellekti və imkanları artdıqca təmiz qidalanmaya tələb də artacaq. Təsəvvür edin, dünya əhalisinin 12%-nin parçaların rənglənməsində istifadə olunan maddələrə allergiyası var. Sənayedə kimyəvi maddələrin 25%-i pambıq istehsalında istifadə olunur. Sintetik parçalar isə təbiətə daha çox zərər verir. Orqanik məhsullar (qida, geyim və s) bahalı olsa da bizə və ekoogiyaya zərərli olmur, istifadə edənlər isə həkimə daha az müraciət edirlər.
https://rb.ru/howto/chto-takoe-token/