Tayland Mərkəzi Bankı kriptovalyutalara qadağa qoydu

000568

    Bankok Post-un verdiyi məlumata əsasən Tayland Mərkəzi Bankı ölkə ərazisindəki maliyyə təşkilatlarına kriptovalyutalarla baglı əməliyyatlar aparmağı qadağan edib.

    Tayland Mərkəzi Bankının sədri Viratay Santiprabob: “Banklara 12 fevraldan etibarən kriptovalyutaları almaq, satmaq, dəyişmək və investisiya etmək qadağan edilib. Bu qadağaya əsas səbəb kimi kriptovalyutaların çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində istifadə oluna biləcəyi göstərilib. Həmçinin banklara öz müştərilərinə kriptovalyutalara investiya etməyi tövsiyyə etmək qadağan edilib.

Leave a Reply