Ethereum-un təsisçisi Vitalik Buterin öz “Twitter” hesabında kriptovalyutalarla bağlı riskləri şərh edib. O, twitter izləyicilərinə bütün vəsitlərini kriptovayutalara yatırmağın olduqca riskli olduğunu vurğulayıb.
Vitalik Buterin: “Kriptovalyutalar yeni və olduqca volatil aktivdir. Onların qiyməti ethereum da daxil olmaqla bir an içində sürətlə enə bilər. Bu da yüksək risk deməkdir. Odur ki, kriptovalyutalara itirməyə hazır olduğunuz məbləğədə investiya edin. Vəsaitlərinizin güvənli saxlanılması üçün hələ ki, ənənəvi aktivlər nisbətən daha etibarlıdır”