ArsTechnica verdiyi məlumata əsasən fevralın 21-də bitcoin şəbəkəsində tranzaksiya üzrə komissiyalar son 6 ay ərzində minimuma düşüb. “Median Transaction Fee” 43 dəfə azalaraq 34-dən 0.79 dollara enmişdir.
Xatırladaq ki, bitcoin tranzaksiyaları üzrə ən yüksək komissiyalar dekabr ayında müşhidə olunub. Əməliyyat xərclərinin artması bitcoin şəbəkəsində böhran vəziyyəti yaratdı. Belə ki, bir neçə şirkət bitcoin-lə ödənişləri müvəqqəti dayandırdı. Hətta video oyunlar platforması olan Steam və ödəniş provayderi Stripe bitcoin-lə əməliyyatlardan imtina etdi. Bitcoin-in volatilliyi isə vəziyyəti daha da mürəkkəbləşdirdi.
Bununla belə yüksək komissiya problemi “özü öz həllini tapdı”. Bəzi istifadəçilər bitcoin-dən istifadə etməkdən imtina edərək ümumi şəbəkənin yükünu azaltıdalar. Bəzi istifadəçilər isə müxtəlif ödəmələri bir tranzaksiyada birləşdirməklə əməliyyatları optimallaşdırmaq yollarından istifadə etməyə başladılar.
Komissiyaların enməsinə həmçinin ümumi bazarda durğunluğun olması da öz təsirini göstərdi. Belə ki, 2017-ci ilin dekabr ayında investorlar bitcoin-in alqı-satqısı zamanı yüksək komissyalar ödməyə hazır idi lakin 2018-ci ilin əvvəlinə bitcoin-in qiyməti 3 dəfə düşərək 6.000 dollara qədər endi. Bu faktor isə bazarda yaranmış yüksək ajotajın azalmasına səbəb olmaqla ümumilkdə əməliyyat komissiyalarının orta dəyərinin enməsinə təsir edən amillərdən biri oldu.
PayPal: Bitkoinin ödəniş vasitəsi kimi gələcəyi var
Crypto Consulting
daha Microsoft bəhanə edə bilməz belə şeyləri ))