Almaniya Maliyyə Nazirliyi fevralın 27-də bitcoin-in qanuni ödəniş vasitəsi olaraq tanınması barədə qətnamə qəbul edib. Qətnaməyə əsasən kriptovalyuta ilə edilən alışlar vergiyə cəlb edilməyəcək. Bu məlumatı Cointelegraph dərc edib. Maliyyə Nazirliyi bu qətnaməsində Avropa Birliyi Məhkəməsinin 2015-ci ildə əlavə dəyər vergiləri barədə verdiyi qərara əsaslanıb.
Qətnamədən sitat: “Rəqəmsal valyutalar (kriptovalyutalar – məsələn bitcoin) qanuni ödəniş vasitələrinin ekvivalentinə çevrillir, bu səbəbdən həmin rəqəmsal valyutalar əməliyyat zamanı alternativ ödəmə vasitəsi kimi iştirak edir. Alıcı bitcoin ilə əmtəə alarkən kriptovalyutanın fiat pula və ya əksinə konvertasiyası “xidmət təklifi” kimi klasifikasiya edilir və buna görə də mübadilə üçün vasitəçi kimi çıxış edən tərəf vergiyə cəlb edilmir”. Qətnaməyə əsasən, mayninq fəaliyyəti də vergiyə cəlb edilməyəcək, çünki mayninq xidmətləri “könüllü hesab olunur”. Almanıyanın bu qərarı böyük ehtimal ki, avropanın digər ölklələrini də öz vergi qanunvericiliynə yenidən baxmağa vadar edəcək.
Xatırladım ki, Almaniya Maliyyə Nazirliyinin kriptovalyutaların vergiyə cəlb edilməsi ilə bağlı mövqeyi Amerika Daxili Gəlirlər Xidmətinin mövqeyi ilə prinsipial olaraq fərqlənir. Amerikada bitcoinə mülk qısmındə yanaşırlar. Misal üçün, amerikalı bir fincan kofe üçün bitcoin ilə hesablaşan zaman texniki cəhətdən bu əmlak satışı hesab olunur və bununla da vergiyə cəlb olunur.
Crypto Consulting