Milyarderi ən çox olan ölkələr

Nyu-York-haqqindaDünyada təxminən 36 milyon milyoner var. Bu o deməkdir ki, əgər siz təsadüfən dünya əhalisindən bir kimsə ilə rastlaşsanız, rastlaşdığınız adamın milyoner olmaq şansı 200 nəfərdə 1-dir. Lakin, milyarderləri belə asanlıqla görə bilmərsiniz. Forbes-ə istinadən, hazırda 2000 milyarder var və bu rəqəm də dünya əhalisinin 0.00003%-i deməkdir.

Milyarderlər harada yaşayırlar və hansı ölkələrdə daha çox milyarder var?

Ən çox milyarderi olan 10 ölkəni təqdim edirik:

4-e1521268939293.png

Milyarder Sıxlığı

ABŞ milyarderlərin sayına görə ilk pillədə olsa da, ölkə milyarderlərin sıxlığına görə 6-cı pillədədir. ABŞ-da 571858 insana 1 milyarder düşür lakin ABŞ milyarder sıxlığı göstəricisinə görə, Honk Konq (110 000), İsveçrə (233 000), Sinqapur (267 000), İsveç (319 000) və İsrail (475 000) kimi ölkələrdən geridə qalır.

5

Təxminən 7 milyon əhalisi olan Honk Konq şəhərində 67 milyarder yaşayır. Müqayisə üçün qeyd edək ki, Çində də Honk Konq kimi milyarderlərin sıxlıq səviyyəsi eyni olsaydı, o zaman Çində 12 575 milyarder olardı və bu da dünya milyarderlərinin sayından 6 dəfə çoxdur!

Milyarderlərin sıxlıq səviyyəsinin aşağı olduğu ölkələr

Təxminən 2000 milyarder dünyanın müxtəlif ölkələrində yaşayırlar və hesablamalara görə, dünyanın 100-dən çox ölkəsində bir nəfər də olsun milyarder yoxdur. Məsələn, Haiti, Litva, Efiopiya, Belarus və Andorra kimi ölkələrdə milyonerlər olsa da, milyarder yoxdur. Milyarderlər siyahısında qeyd edilən ölkələrdən Hindistan və İndoneziya milyarderlərin sıxlığına görə çox geridə qalır. Əgər siz ölkənin küçələri ilə gəzsəniz, milyarderlə qarşılaşmaq ehtimalınız 13 milyon nəfərdə 1-dir.

 

Mənbə: moneta.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma